"Qızıl top": Benzema Messini qabaqladı

İspaniyanın "Marca" nəşri oxucular arasında "Qızıl Topa əsas namizədlərə səsvermə keçirib. 

Sportline.az xəbər verir ki, sorğunun nəticəsinə əsasən "Real Madrid"in hücumçusu Kərim Benzema birinci olub. Fransız futbolçu ümumi səslərin 38%-ni toplayıb. O, PSJ-nin argentinalı ulduzu Lionel Messini 1% qabaqlayıb.

İlk beşliyə həmçinin "Bavariya"nın hücumçusu Robert Levandovski (14%), "Mançester Yunayted"in forvardı Kriştianu Ronaldu (4%) və "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo (3%) daxildir.

Xatırladaq ki, "Qızıl top"un təqdimetmə mərasimi noyabr ayının 29-u Parisdə keçiriləcək.