"Qızıl top"un ilk 5 namizədi bəllidir
"Frans Futbol" nəşri "Qızıl top"a namizəd futbolçuların adlarını açıqlamağa başlayıb. SportLine.az xəbər verir ki, ilkin mərhələdəki 30 futbolçunun adı 6 dəfəyə açıqlanacaq. Artıq ilk 5 futbolçunun adları məlumdur:
Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Qaret Beyl (Uels, "Real"), Serxio Aquero (Argentina, "Mançester Siti"), Pyer-Emerik Obameyanq (Qabon, Borussiya") və Canluicu Bufdon (İtaliya, "Yuventus")
QIZIL TOPA NAMİZƏDLƏR: İkinci "5-lik"
QIZIL TOPA NAMİZƏDLƏR: Üçüncü "5-lik"
Qeyd edək ki, bu il "Qızıl top" mükafatının sahibi təkcə jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək. Bu da "Frans Futbol"un FİFA ilə əməkdaşlığa son qoyması ilə bağlıdır.
Xatırladaq ki, ötən il bu mükafatı Lionel Messi (Argentina, "Barselona") qazanıb.