Qnabri “Bavariya”nı tərk edə bilər
“Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Serji Qnabri yayda azad agent kimi klubdan ayrıla bilər.
Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Liverpul” və “Yuventus” sözügedən futbolçunun xidmətində maraqlıdır.
Münhen təmsilçisi Qnabri ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, 30 yaşlı oyunçu 2017-ci ildən “Bavariya”da çıxış edir.
O, bu mövsüm meydana çıxdığı 20 oyunda 4 qol, 5 asist müəllifi olub.