Qrizman milli komanda karyerasını başa vurdu

“Atletiko Madrid” klubun fransalı hücumçusu Antuan Qrizmann milli komanda karyerasını bitirdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun özü şəxsi İnstaqram hesabından verib. Paylaşımda bu ifadələrə yer verilib:

"Həyatımın bu dönəmi xoş xatirələrlə yadda qalacaq. Bu heyrətamiz macəraya görə təşəkkür edirəm, tezliklə görüşərik" deyə paylaşımda bildirilib.

Antuan Qrizman Fransa Milli Komandası ilə 137 oyuna çıxıb və 44 qol vurub. 33 yaşlı futbolçu Fransa millisi ilə 2018-ci ildə Dünya Çempionatının və 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub. 2016-cı ildə Fransada ilin futbolçusu seçilən Qrizmann 19 yaşadək futbolçulardan ibarət Milli Komanda ilə də Avropa Çempionatının qalibi olub.

Qeyd edək ki, Qrizmann Fransa millisində ən çox qol vuran futbolçular siyahısında 4-cü pillədə qərarlaşır.