Qrizmann "Atletiko"dan ayrılır?

"Atletiko Madrid"in fransalı futbolçusu Antuan Qrizmann klubdan ayrılmağa hazırlaşır.

Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, "Los Anceles" klubu Qrizmanın xidmətində maraqlıdır.

33 yaşlı hücumçunun "Atletiko Madrid"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Qrizmann bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 16 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 22 milyon avro olaraq qiymətləndirilir.