Qurban Qurbanov diqqət mərkəzinə düşüb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 19-cu turunda “Şamaxı” ilə matçdan əvvəl diqqət mərkəzinə düşüb. 

Sportline.az xəbər verir ki, güclü qar səbəbindən Şamaxı şəhər stadionunun ot örtüyü qara bürünüb. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov isə stadionun əməkdaşları ilə birlikdə meydanı qardan təmizləyib.

Həmin anların videosunu təqdim edirik: