Qurban Qurbanov sualları cavablandıracaq
“Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın görüşdən öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.
Sportline.az xəbər verir ki, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda baş məşqçi Qurban Qurbanovun brifinqi keçiriləcək.
Saat 17:00-da isə komandanın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun martın 26-da saat 20:00-da başlanacaq.