Qurban Qurbanov “Zirə”nin oyununa qiymət verdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabiq kapitanları Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə”nin bu mövsümkü oyununu dəyərləndirib.

Sportline.az xəbər verir ki, “Zirə”yə qarşı Premyer Liqanın 14-cü turun dünənki qarşılaşmasından (2:0) sonra təcrübəli mütəxəssis rəqibləri barədə fikir səsləndirib.

“Rəşada uğurlar arzulayıram. Həqiqətən onun komandası möhtəşəm ilk yarı keçirdi. Çox yaxşı oyun üslubu, meydanda düşüncə tərzi var” – deyə o bildirib.