Qurban Qurbanovdan bu gün zədələnən futbolçularla bağlı açıqlama
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Səbail"lə matçda (1:1) zədələnən qapıçı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçi Filip Ozobiçin son durumu haqda danışıb.
Sportline/az xəbər verir ki, o, hər iki futbolçunun zədəsinin ciddi olduğunu deyib: "Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını indi deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil və ağrısı var. Şahruddin üzündən zədə aldı".