Qurbanlı sonadək oynadı, komandası qələbəyə sevindi
Azərbaycanlı futbolçu Orxan Qurbanlı Moldova çempionatında növbəti matçına çıxıb.
Sportline.az xəbər verir ki, onun çıxış etdiyi “Dinamo-Avto” 9-cu turda səfərdə “Sfintul George” ilə qarşılaşıb və qalib gəlib - 1:0. Orxan start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Dinamo-Avto” 8 xalla 8 komanda arasında 7-cidir.