Qurbanov üçün əlamətdar oyun
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Sportline.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Ağdam klubunu ölkə kubokunda 60-cı matça çıxarıb.
2008-ci ildən bu komandaya rəhbərlik edən çalışdırıcının yetirmələri 39-cu qələbəsini 5 cavabsız qolla qazanıb. “Qarabağ” Qurbanovun rəhbərliyi altında 15 heç-heçə edib və yalnız 6 dəfə uduzub. Bu qarşılaşmalarda ağdamlılar 111 qol vurub, 30-nu buraxıb.