Qvardiola: "Çətin günlərdən keçirəm"
"Mançester Siti"nin ispaniyalı çalışdırıcısı Pep Qvardiolanın depressiyada olduğu bildirilir.
Sportline.az xəbər verir ki, Qvardiola həyatının ən ağır günlərini yaşayır. "Sky Sports"a müsahibə verən təcrübəli mütəxəsis bu fikirləri səsləndirib;
"Heç yaxşı deyiləm. Çox çətin dönəmdən keçirəm. Son zamanlar həyatımda hər şey tərsinə gedir. Günü gündən daha pis oluram. Özümü halsız hiss edirəm", - deyə Qvardiola bildirib.
Qeyd edək ki, "Mançester Siti" klubunun rəhbərliyi Qvardiolanı istefaya göndərməyəcək.