Rafael Benitesin yeni iş yeri

İspaniyalı mütəxəssis Rafael Benites karyerasını “Lester Siti”də davam etdirə bilər. 

Sportline.az xəbər verir ki, məşhur jurnalist Fabrisio Romano bu haqda sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə "tülkülər" komandanın baş məşqçi postuna Rafael Benitesi gətirmək üçün çalışmalara başlayıblar.

Bu həftə qərarın açıqlanacağı bildirilir.

Qeyd edək ki, “Lester Siti” Ingiltərə Premyer Liqasinda 25 xalla 19-cu pillədə qərarlaşır.