Rafael Fiziyev oktaqona qayıdır

UFC-nin məşhur azərbaycanlı döyüşçüsü Rafael Fiziyev tezliklə oktaqona qayıdacaq.

Sportline.az xəbər verir ki, o, pərəstişkarlarına sosial şəbəkə hesabından mesaj göndərib.

"Artıq iki həftədir ki, döyüş və rəqibimlə bağlı xəbər almışam. İndi tam cavabı gözləyirəm. Oktaqona qayıdışımı böyük səbirsizliklə gözləyirəm. Ayrılıq çox uzun oldu", - deyə Fiziyev hisslərini bölüşüb.

Xatırladaq ki, Rafael Fiziyev son olaraq polşalı Mateuş Qamrotla qarşılaşmışdı.

2023-cü il, sentyabrın 23-də keçirilən döyüşün ikinci raundunda dizinin xaçvari bağları qırılan idmançımız texniki məğlubiyyətlə barışmışdı.