Rafinya "Barselona"dan ayrıla bilər
"Barselona"nın brazilyalı futbolçusu Rafinya mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Football365" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in portuqaliyalı çalışdırıcısı Ruben Amorim Rafinyanın xidmətində maraqlıdır.
Rafinyanın hazır ki dəyəri "Transfermarkt" portalına görə 60 milyon avrodur.
28 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rafinya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 17 qol və 10 asistlə yadda qalıb.