Rafiq Hüseynov da dünya çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.
Sportline.az xəbər verir ki, o, finalda iranlı rəqibini Əlirza Mohmadipianini məğlub edib. Bununla da R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionluğu qazanıb.
O, ilk dəfə 2021-ci ildə Norveçin paytaxtı Osloda bu uğuru əldə edib.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq-da dünya çempionu olub. Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaq.