Rafiq Hüseynov: "Savadsız məşqçilərin ucbatından ən yaxşı illərimi itirmişəm"

"Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilədək bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm".

Sportline.az xəbər verir ki, bu sözlər Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynova məxsusdur. 

O, fikirlərini şəxsi "İnstaqram" hesabı üzərindən paylaşıb: "Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq və tarix yazan Azərbaycan güləşçiləri sırasına düşəcəyəm. Buna görə Allaha şükür edib qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza mənə azarkeşlik etdiyiniz üçün təşəkkürümü bildirirəm".