Rafiq Hüseynova həsr olunan verilişin təqdimatı olub
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynova həsr olunan verilişin təqdimat mərasimi olub.
Sportline.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, tanınmış idmançılar və digər qonaqlar iştirak ediblər.
"Motivator Azerbaijan"ın hazırladığı "26 il arzuladıqlarımı 6 aya həyata keçirtdim" adlı verilişin təqdimatından öncə çıxış edən Hüseynov bu addıma görə təşkilatçılara təşəkkür edib. O, ürəyindən keçən hər şeyi verilişdə danışdığını bildirib: "Hamı bilir ki, çox danışmağı sevirəm. Amma indi danışmayacağam. Hər şeyi verilişdə demişəm".
Daha sonra veriliş böyük monitorda nümayiş olunub. Verilişdə dünya və üçqat Avropa çempionunun güləşə başlamasından, qazandığı nailiyyətlərdən və gələcək hədəflərindən bəhs edib.