Ramil Şeydayev: "İstəyimizə çata bilmədik"

“Birinci hissədə şanslarımız olsa da, onlardan yararlana bilmədik. Bu da nəticəsi”. 

SportLine.az Futbolxeber.az saytına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın U-21 millisinin əslən azərbaycanlı hücumçusu Ramil Şeydayev deyib.

Gənc forvard Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda millimizə 0:3 hesabı ilə məğlub olduqları görüş haqda bunları söyləyib: “Bu gün məqsədimiz qələbə qazanmaq idi. Buna qədər vacib xallar itirmişdik. Ona görə də meydana qələbə üçün çıxmışdıq. Lakin istəyimizə çata bilmədik və uduzduq”.

“Öz vətəninin millisinə qarşı oynamaq necə hissdir?” sualını cavab verə bilməyəcəyini deyən Şeydayev, AFFA ilə aparılan danışıqlar haqda sualı da belə cavablandırıb:“Bu suala cavab verə bilmərəm”.