Ramos PSJ-də qalır
PSJ-nin futbolçusu Serxio Ramos klubdan ayrılmayacaq.
Sportline.az xəbər verir ki, bu barədə onun meneceri və qardaşı Rene Ramos danışıb. Menecer 35 yaşlı müdafiəçinin Paris təmsilçisi ilə müqaviləyə xitam verməyəcəyini bildirib.
Daha əvvəl Ramosun PSJ-dən tezliklə ayrılacağı haqda məlumatlar yayılmışdı.
Qeyd edək ki, Ramos bu ilin iyul ayında PSJ-yə keçib.