Ramosdan şad xəbər

PSJ-nin futbolçusu Serxio Ramos zədəsini tam sağaldıb.

Sportline.az "Le Parisien"ə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi bu gün komanda ilə ümumi məşqlərdə iştirak edəcək. İspan oyunçunun Liqa-1-in 12-ci turunda oktyabrın 29-u keçiriləcək "Lill"ə matçda debüt edəcəyi gözlənilir.

Qeyd edək ki, Ramos yayda "Real"la müqaviləsi başa çatdıqdan sonra PSJ ilə müqavilə imzalayıb. Ancaq o, yeni klubunda hələ rəsmi debüt etməyib.