Ramosun 100-cü oyunu

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Real" (Madrid) - "Bavariya" matçı Serxio Ramos üçün əlamətdar olub. SportLine.az xəbər verir ki, müdafiəçi qitənin ən nüfuzlu klub turnirində 100-cü oyununa çıxıb.

Qeyd edək ki, futbolçu Çempionlar Liqasında indiyədək 10 qol vurub.