Ramosun debütünün vaxtı
PSJ-nin futbolçusu Serxio Ramosun komandada debüt edəcəyi vaxt müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 35 yaşlı hücumçunun Liqa 1-in 14-cü turunda "Nant"la matçda meydana çıxacağı bildirilib.
Bu ilin yayında PSJ-yə azad agent kimi keçən ispaniyalı oyunçu zədə səbəbindən debüt etməyib.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək PSJ - "Nant" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.