Rasmus Höylund "Mançester Yunayted"i tərk edir
"Mançester Yunayted" danimarkalı hücumçusu Rasmus Höylundla mövsümün sonunda vidalaşacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
İngiltərə klubunun rəhbərliyi Höylundu satmaq qərarına gəlib.
Qeyd edək ki, 22 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avrodur.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 8 qol və 2 asistlə yadda qalıb.
Xatırladaq ki, Höylound 2023-cü ilin yayında "Atalanta"dan "Mançester Yunayted"ə 73.9 milyon avro qarşılığında transfer olmuşdu.
Rasmusun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.