Rauf Əliyev oynadı, "Kukesi" məğlub oldu
Albaniya Superkubokunun sahibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici görüşdə son ölkə çempionu "Kukesi" ilə ölkə kubokunun sahibi "Tirana" üz-üzə gəlib.
Qarşılaşmanın taleyini bir qol həll edib. 90-cı dəqiqədə Erion Hokhallarinin vurduğu qol Tiranaya qələbə qazandırıb.
Azərbaycanlı futbolçu Rauf Əliyev meydana start heyətində daxil olub və ikinci hissənin əvvəlində əvəzlənib.