Rauf Əliyev Superkubok oyununda meydana çıxacaq

Bu gün Albaniya Superkuboku uğrunda oyun keçiriləcək. SportLine.az xəbər verir ki, mükafat uğrunda son çempion "Kukesi" və ölkə kubokunun sahibi "Tirana" kollektivləri üz-üzə gələcək.

Albaniya mətbuatının açıqladığı start heyətlərində azərbaycanlı futbolçu Rauf Əliyevin də adı var. Futbolçumuzun Superkubok matçında ilk dəqiqələrdən meydanda olacağı gözlənilir.

Qeyd edək ki, "Kukesi" - "Tirana" oyunu Bakı vaxtı ilə 21:00-da başlanacaq.