"Real" Benzema ilə yollarını ayıra bilər

Madrid "Real"ı hücumçusu Kərim Benzema ilə yollarını ayıra bilər. SportLine.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Xəbərdə məhkəmənin futbolçunun əleyhinə qərar çıxaracağı təqdirdə "Kral klubu"nun onunla müqaviləni pozacağı bildirilib. 

Xatırladaq ki, Kərim Benzema Fransa millisində komanda yoldaşı olan Matyö Valbuenanı şantaj etməkdə günahlandırılır.