"Real" gənc futbolçusu ilə yeni müqavilə imzalayıb
"Real Madrid" ispaniyalı futbolçusu Raul Asensio ilə yola davam edəcək.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Asensio "Real"la yeni müqavilə imzalayıb.
22 yaşlı müdafiəçi 2029-cu ilin iyun ayına qədər Madrid klubunda çıxış edəcək.
Qeyd edək ki, Asensio bu mövsüm çıxış etdiyi 40 matçda 2 asistlə yadda qalıb.
Madrid klubu gənc futbolçunun sərbəst qalma məbləğini 100 milyon avro olaraq təyin edib.