"Real" italiyalı müdafiəçi ilə maraqlanır
"Real Madrid" "Arsenal"ın futbolçusu Rikkardo Kalafioriyə maraq göstərir.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "kral klubu" 23 yaşlı müdafiəçini yay transfer dönəmində heyətinə qatmaq niyyətindədir.
İtaliyalı baş məşqçi Karlo Ançelotti həmyerlisinin həm mərkəzi müdafiəçi, həm də sol cinahda oynaya bilməsini nəzərə alaraq bu keçidlə maraqlanır.
Çempionlar Liqasında çıxış edən Madrid təmsilçisi ötən yay İtaliya millisinin üzvü ilə müqavilə bağlamağa yaxın olub, lakin transfer baş tutmayıb.
Qeyd edək ki, "Roma" akademiyasının yetirməsi olan Rikkardo Kalafiori keçən yay "Arsenal"la müqavilə imzalayıb. Cari mövsümdə 17 oyuna çıxan futbolçu 2 qol vurub və 1 məhsuldar ötürmə edib.