“Real Madrid” argentinalı futbolçunu heyətinə qatmaq istəyir
“Çelsi”nin argentinalı futbolçusu Enzo Fernandez “Real Madrid”in əsas transfer hədəfinə çevrilib.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” Enzo üçün "Çelsi“yə mövsümün sonunda rəsmi təklif göndərəcək.
London klubu 24 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, Enzo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 5 qol və 9 asistlə yadda qalıb.
Onun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Enzo Fernandez 2023-cü ilin yanvar ayında “Benfika”dan “Çelsi”yə 121 milyon avro qarşılığında transfer olmuşdu.