“Real Madrid” “Arsenal”a 85 milyon avro təklif edəcək
“Real Madrid”in əsas transfer hədəfi bəlli olub.
Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu yayda Saliba üçün “Arsenal” 85 milyon avro təklif edəcək.
24 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Saliba bu mövsüm çıxış etdiyi 42 matçda 2 qolla yadda qalıb.