"Real Madrid" bu futbolçuya görə 90 milyon avro ödəməyə hazırdır
"Real Madrid" "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Bruno Fernandeşi transfer etmək qərarına gəlib.
Sportline.az "Daily Star Sport" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Fernandeş üçün 90 milyon avro ödəməyə hazırdır.
İspaniya klubunun rəhbərliyi mövsümün sonunda "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Fernandeş "Real Madrid"də çıxış etməyə müsbət yanaşır.
30 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 16 və 16 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Bruno Fernandeş 2020-ci ilin yanvar ayında "Sportinq"dən "Mançester Yunayted"ə 65 milyon avro qarşılığında transfer olmuşdu.