"Real Madrid" gənc futbolçusu ilə yola davam edəcək
"Real Madrid" ispaniyalı müdafiəçisi Raul Asensio ilə yola davam edəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Madrid klubu Asensioya yeni müqavilə təklif edib.
22 yaşlı futbolçu "Real"da xoşbəxt olduğunu söyləyib.
Qeyd edək ki, Asensio "Real Madrid" yetirməsidir.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 2 asistlə yadda qalıb.