"Real Madrid" gözün o futbolçuya dikib

Hücum xəttini gücləndirmək istəyən "Real Madrid" yeni transfer üçün hərəkətə keçib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, “Real” Viktor Gyokeresi transfer etmək istəyir.

Bildirilir ki, məşqçi Karlo Ançelotti hücum xəttində daha çox alternativə sahib olmaq üçün yeni hücumçunun transfer edilməsi barədə təlimat verib.

“Real”ın hücumçu üçün 100 milyon avroluq büdcə ayırdığı deyilir. İspaniya mətbuatının yazdığına görə, “Real Madrid” rəhbərliyi investisiya kimi gördükləri üçün bu transferə böyük büdcə ayırıb.

Qeyd edək ki, Viktor Gyokeres bu mövsüm göstərdiyi performansla Avropanın ən çox müzakirə edilən istedadlarından biridir. Futbolçu ilə Avropanın bir sıra nəhəng klublarının maraqlandığı irəli sürülür.