"Real Madrid" Huysenlə maraqlanır
"Real Madrid" "Bormunt"un ispaniyalı futbolçusu Deyan Huyseni transfer etmək niyyətindədir.
Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu mövsümün sonunda Huysen üçün "Bormunt"a rəsmi təklif göndərəcək.
19 yaşlı stoperin hazır ki dəyəri "Transfermarkt" portalına görə 42 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Deyan Huysen bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 matçda 2 qolla yadda qalıb.