"Real Madrid" "Leqanes"ə qarşı
İspaniya La Liqasında 29-cu tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, son çempion "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Leqanes"lə qarşılaşacaq.
"Real"da əsas itki qapıçı Tibo Kurtua, Dani Karvaxal, Eder Militao, Ferland Mendi və Dani Sebalyosun adı ilə bağlıdır.
"Leqanes"də isə Borna Barışiç, Enrik Franquesa və Yvan Noupa zədə səbəbindən matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq oyunu Pablo Fuertas idarə edəcək.