"Real Madrid" Meyno ilə maraqlanır

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno "Real Madrid"in maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Madrid klubu Meyno üçün "Mançester Yunayted"də 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 19 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 1 qol və 1 asistlə yadda qalıb.