"Real Madrid" Niderland klubuna elçi düşüb

"Real Madrid"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, "Az Alkmaar"ın 19 yaşlı yarımmüdafiəçisi Kees Smit "Real"ın maraq dairəsinə düşüb.

Niderlandlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 5 milyon avrodur.

Qeyd edək ki, Kees Smit bu mövsüm çıxış etdiyi 43 matçda 10 qol 7 asistlə yadda qalıb.