"Real Madrid" "Ştutqart"a elçi düşüb

"Real Madrid"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Ştutqart"ın fransalı futbolçusu Enzo Millot "Real"ın maraq dairəsinə düşüb.

Madrid klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Enzo Millotla "Arsenal" və "Tottenhem"də yaxından maraqlanır.

O bu mövsüm "Ştutqart"ın heyətində çıxış etdiyi 37 matçda 8 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.