"Real Madrid" "Tottenhem"ə elçi düşüb
"Real Madrid" yay transfer pəncərəsi dövründə müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu "Tottenhem"in argentinalı futbolçusu Kristian Romeronu transfer etmək istəyir.
"Tottenhem"in rəhbərliyi 26 yaşlı mərkəz müdafiəçisi üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, Romeronun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.