"Real Madrid" və "Arsenal" transfer yarışına girib

"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Sunday Mirror" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Arsenal" Zubimendi ilə yaxından maraqlanır.

26 yarımmüdafiəçinin "Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Zubimendi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 2 qol və 2 asistlə yadda qalıb.