"Real Madrid" və "Barselona" transfer yarışına girib
"Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Barselona" Gittensin xidmətində maraqlıdır.
20 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub. O cari mövsüm çıxış etdiyi 43 matçda 12 qol və 5 asistlə yadda qalıb.
Qeyd edək ki, Gittensin "Borussiya Dortmund"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.