"Real Madrid" və "Paris Sen-Jermen" transfer yarışına girib
"Liverpul"un fransalı müdafiəçisi İbrahima Konate mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Paris Sen-Jermen" Konate ilə yaxından maraqlanır.
25 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Konate bu mövsüm çıxış etdiyi 34 matçda 2 qol və 2 asistlə yadda qalıb.
Onun transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.