Daha bir məşhur futbolçu "Real Madrid"də
"Real Madrid" "Liverpul"un ingiltərəli ulduz futbolçusu Trent Aleksander-Arnoldu heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" məlumat yayıb.
Madrid klubu Arnoldu azad agent kimi transfer edib. 26 yaşlı futbolçu iyun ayında "Real"ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Trent bu mövsüm "Liverpul"un heyətində çıxış etdiyi 39 matçda 3 qol və 7 asistlə yadda qalıb.