"Real Madrid"in Saliba sevdası
"Arsenal"ın fransalı müdafiəçisi Vilyam Saliba mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" Salibanı transfer etmək üçün hərəkətə keçib.
Madrid klubu 23 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Salibanın "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 2 qolla yadda qalıb.