"Real Madrid"in Saliba sevdası

"Real Madrid" "Arsenal"ın müdafiəçisi Vilyam Salibanı transfer etməkdə israrlıdır.

Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Saliba üçün 80 milyon avro ödəməyə hazırdır.

24 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Saliba bu mövsüm çıxış etdiyi 39 matçda rəqib qapılarından 2 top keçirib.

Fransalı futbolçu 2019-cu ildən "Arsenal"ın şərəfini qoruyur.