“Real Madrid”in yeni hədəfi
“Milan”ın niderlandlı futbolçusu Ticani Reynders karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az “Calciomercato” qəzetinə istinadən xəbər verir ki, “Real Madrid” klubu Ticani Reyndersin xidmətində maraqlıdır. İspaniya klubunun rəhbərliyi Reynders üçün “Milan”la görüşmələrə başlayıb.
T.Reyndersin hazır dəyəri “Transfermarkt” portalına görə 30 milyon avrodur.
Qeyd edək ki, 26 yaşlı futbolçunun “Milan”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.