"Real Madrid"in yeni hədəfi

"Real Madrid"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Ayaks"ın niderlandlı futbolçusu Jorrel Hato "Real"ın maraq dairəsinə düşüb.

Madrid klubu 19 yaşlı müdafiəçi üçün 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Jorrel Hato bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 3 qol və 6 asistlə yadda qalıb.