“Real” və “Çelsi” transfer yarışına girib
“Bormunt”un ispaniyalı futbolçusu Deyan Huysen mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, “Real Madrid” və “Çelsi” Huyseni transfer etmək niyyətindədir.
19 yaşlı müdafiəçi “Real Madrid”ə transfer olmaq istəyir.
Qeyd edək ki, Madrid klubu Huysen üçün “Bormunt”a 40 milyon avro ödəməyə hazırdır.
O bu mövsüm çıxış etdiyi 27 matçda 2 qolla yadda qalıb.
Huysenin “Bormunt”la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.