"Real"a qalib gəldiklərinə görə "Barselona"dan təbrik aldılar

"Barselona" futbolçuları "Real"ın La Liqanın 28-ci turunda "Vilyarreal"la oyundakı (2:3) məğlubiyyətinə seviniblər.

Sportline.az xəbər verir ki,bu barədə AS məlumat yayıb. Görüşün sonunda Kataloniya klubunun komanda söhbət qrupuna “Real”ın uduzması ilə bağlı çoxlu sevindirici mesajlar gəlib.

O da qeyd olunur ki, “Vilyarreal”ın bəzi futbolçuları “Barselona”nın futbolçularından təbrik alıb. 

"Real" hazırda 59 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. Komanda lider "Barselona"dan 12 xal geri qalır. Kataloniya klubu isə 1 oyun az keçirib.

Banner